lider-media.az

Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri Bakıda Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib

Baxış: 247 Tarix: 1-04-2024, 15:45

Aprelin 1-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb. Haluk Görgün "Türk şəhidliyi" abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi