lider-media.az

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti dəfə işlənmiş batareyalar təhvil alınıb

Baxış: 277 Tarix: 11-02-2025, 16:21

İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.Könüllülər Azərbaycan Hava Yollarından, Bakı Ağ Şəhər Biznes mərkəzindən, Bakı Avropa liseyindən, "Araz" supermarketlər şəbəkəsinin Space və Xətai rayonu filiallarından və “Bravo” Əhmədli hipermarketdən ümumilikdə 100 kq işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verib.Belə təşəbbüslərdə aktiv iştirak ətraf mühitin qorunması, tullantıların düzgün idarə edilməsinə müsbət təsir göstərir, ekoloji davamlılığa töhfə verir. Layihəyə dəstək verən hər kəsə təşəkkür edirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi