lider-media.az

Azərbaycanda vəziyəli şəxslərə cinayət işi açıldı

Baxış: 168 Tarix: 11-02-2025, 16:15

Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin Qaradağ, Binəqədi və Xəzər rayonları, həmçinin Tərtər rayonu ərazisində yerin təkinin qorunması qaydalarının pozularaq qanunsuz olaraq hasilat aparılması, eləcə də torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi, Xəzər rayonu ərazisində yerləşən “Türkan-I” əhəngdaşı yatağında “İ.K.S.S” MMC, Tərtər rayonu ərazisində yerləşən “Tərtərçay” qum-çınqıl yatağında “Azəri” MMC, habelə Binəqədi rayonu ərazisində Goradil bağlar massivində naməlum şəxs (şəxslər) tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilərək, qanunsuz mişar daşı, qum-çınqıl, qarışıq qum və süxur hasilatı işlərinin aparılması nəticəsində təbiətə 354 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə və daxili işlər orqanlarına göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi