lider-media.az

“Kitabi-Dədə Qorqud” müstəqillik epoxasında” kitabı çapdan çıxıb

Baxış: 251 Tarix: 1-04-2024, 14:31

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Kitabi-Dədə Qorqud” müstəqillik epoxasında” (sənədlər və materiallar) kitabı nəşr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, dörd hissədən ibarət kitabda görkəmli dövlət xadimi Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın möhtəşəm ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanları ilə əlaqədar imzaladıqları fərman və sərəncamlar, müxtəlif tədbirlərdəki nitqləri, həmin tədbirlərdə iştirak etmiş tanınmış simaların çıxışlarının mətnləri verilib..

AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Kitabi-Dədə Qorqud” salnaməsi” sərlövhəli əhatəli “Ön söz”də nəşrin əhəmiyyətindən bəhs edib. Kitabın toplayanı, tərtib edəni və nəşrə hazırlayanı filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı, məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

Kitab institutun Elmi şurasının qərarı ilə “Elm” nəşriyyatında çap olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi