lider-media.az

İlin ilk “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib

Baxış: 98 Tarix: 5-02-2025, 17:42

 5 ildən artıq müddətdir davam edən, tullantıların düzgün idarə olunmasına yönəlmiş “Tullantıları ekoçantaya dəyiş” aksiyası artıq ənənə halını alıb və cari ildə də vətəndaşların böyük marağına səbəb olur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları dəyərə, ekoçantanı vərdişə çevir” devizi altında cari ilin ilk aksiyası Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən “Araz” supermarketin qarşısında keçirilib.
Aksiya zamanı vətəndaşlar ümumi tutumu 604 litr olan plastik, 27 litr olan şüşə tullantı və 32 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər, azyaşlı uşaqlara isə kitablar hədiyyə olunub.
Aksiyasının keçirilməsində əsas məqsəd tullantıların azaldılması, təkrar emalın təşviqi və birdəfəlik polietilen torbalardan imtina edərək alternativlərə keçidi sürətləndirməkdir. Hər kəsi ətraf mühitə töhfə verən belə aksiyalarda aktiv iştiraka dəvət edirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi