lider-media.az

“Tullantıları tinglərə dəyiş” aksiyasında ümumi tutumu 1215 litr plastik, 135 litr şüşə tullantı və 177 ədəd işlənmiş batareya təhvil verilib

Baxış: 29 Tarix: 13-11-2024, 13:26

Lider-Media.az xəbər veriri ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, "Bravo" supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası “Bravo” Əhmədli hipermarketin qarşısında keçirilib.Aksiya zamanı vətəndaşlar ümumi tutumu 1215 litr olan plastik, 135 litr olan şüşə butulka/banka və 177 ədəd işlənmiş batareya təhvil verərək əvəzində sərv, nar, badam, ərik tingləri əldə ediblər.
Aksiyada fəal iştirak edərək təbiətə töhfə verən, tullantıların təkrar emalına, yaşıllıqların artırılmasına dəstək olan hər kəsə təşəkkür edirik.Qeyd edək ki, növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası 16 noyabr tarixində saat 14:00-da “Bravo” supermarketlər şəbəkəsinin Sumqayıt filialının qarşısında (Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsi 2) keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi