lider-media.az

Martın 14-də Sahil qəsəbəsində “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

Baxış: 559 Tarix: 11-03-2024, 16:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası martın 14-də Sahil qəsəbəsində “Araz” supermarketin qarşısında keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırır.

Aksiya martın 14-də saat 12-də Bakının Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 15 ünvanındakı “Araz” supermarketində keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi