lider-media.az

Sabirabad rayonunda 2 fevral - Gənclər Günü münasibətilə gənclərlə görüş keçirilib

Baxış: 222 Tarix: 5-02-2025, 09:24

Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə Sabirabad, Saatlı, İmişli, Beyləqan rayonunun ümumi təhsil müəssisələrinin bir qrup gənc müəllimləri və təhsil sektorunda çalışan gənclərlə görüş keçirilib.

Görüşdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, idarənin müvafiq struktur rəhbərləri, əməkdaşları və rayon təhsil sektorlarının müdirləri iştirak ediblər.Tədbir Dövlət Himninin səslənməsi ilə açıq elan edildikdən sonra, torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək gənclərimizin milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanmasında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında təhsil müəssisələrimizin mühüm rol oynadığını bildirərək, bütün gənclərə gələcək fəaliyyətində uğurlar arzulayıb.Sonra Mil-Muğan Regional Təhsil İdarəsinin rəisi Rəşad Musayev tədbir iştirakçılarını Gənclər Günü münasibətilə təbrik edib, dövlətimizin gəncər siyasətindən geniş məlumat verərək, gənclərin bu gün cəmiyyətimizin bütün sahələrində böyük rol oynadığından danışıb.

Sonda Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə bir qrup gənclər müxtəlif nominasiyalar üzrə təltif olunublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi