lider-media.az

“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

Baxış: 107 Tarix: 4-02-2025, 15:33

sima-imza-herracgovaz-portalina-inteqrasiya-edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza “Elektron Hərrac Portalı”na inteqrasiya olunub. 

Inteqrasiya nəticəsində herrac.gov.az portalında keçirilən elektron hərraclarda protokolların “SİMA İmza” mobil tətbiqi sayəsində məsafədən imzalanması mümkün olub. Vətəndaşlar portala daxil olduqdan sonra məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan avtomobil, mənzil, qeyri-yaşayış sahəsi, fərdi yaşayış evi və s. satışı ilə bağlı hərraclarda iştirak edə bilərlər.Hərrac başa çatdıqdan sonra tərəflər qanunla müəyyən edilmiş müddətdə protokolu “SİMA İmza” ilə imzalayırlar. Protokol imzalandıqdan sonra bu barədə hərrac iştirakçılarına elektron bildiriş göndərilir.

Xatırladaq ki, buna qədər vətəndaşların herrac.gov.az portalına digital.login vahid giriş sistemi üzərindən “SİMA İmza” ilə girişi təmin edilmişdi. Sonuncu inteqrasiya sayəsində isə hərrac prosesində təqdim olunan protokolların heç yerə getmədən, sürətli, rahat və etibarlı şəkildə “SİMA İmza” ilə imzalanması təmin olunub.SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir.

Daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi