lider-media.az

Moskva məhkəməsi “Crocus”dakı terrorla bağlı doqquzuncu şübhəli şəxsin cinayət işinə baxır

Baxış: 432 Tarix: 29-03-2024, 21:24

Moskvada “Crocus City Hall”da törədilmiş terror aktı ilə bağlı doqquzuncu şübhəli şəxs saxlanılıb.

Moskvanın Bassmanıy məhkəməsi sözügedən faciə ilə bağlı daha bir şübhəli şəxsin cinayət işini araşdırır.

Lutfulloi Nazrimada Rusiyada Şelkovskaya metrosu yaxınlığındakı hosteldə yaşayıb. O, 2000-ci il yanvarın 1-də Tacikistanda anadan olub, subaydır, ali təhsili olsa da, hazırda işləmir. Həftənin əvvəlində Lutfulloi Nazrimada xırda xuliqanlıqla bağlı olaraq inzibati maddə üzrə 15 gün müddətinə həbs edilib. Preobrajenski məhkəməsinin məlumatına görə, hücumdan bir gün sonra - martın 23-də Lutfulloi “Crocus” yaxınlığında olub, orada sənədlərini təqdim etməsi tələb olunsa da, o, polislərə söyüşlə cavab verib, özünü çox kobud və ədəbsiz aparıb. Üstəlik, qanunazidd hərəkətlərini dayandırmaqla bağlı tələbə cavab verməyib, polis əməkdaşlarını itələyib və onlara itaətsizlik göstərib. Lutfulloi məhkəmə iclasında öz günahını etiraf edib.

Sözügedən işə qapalı rejimdə baxılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi