lider-media.az

Vətən müharibəsində Qələbənin 5 illiyinə həsr olunmuş bəstəkarlıq müsabiqəsi elan edilib

Baxış: 112 Tarix: 30-01-2025, 15:11

Vətən müharibəsində Qələbənin 5 illiyinə həsr olunmuş bəstəkarlıq müsabiqəsi elan edilib

Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə “Vətən müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş, orkestr və xor əsərləri janrında bəstəkarlıq üzrə” respublika müsabiqəsi elan edib.

Nazirlikdən bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsindəki böyük Qələbəsini yüksək peşəkar səviyyədə əks etdirən, forma mükəmməlliyi, mətn mövzusunun dərinliyi ilə seçilən, vətənpərvərlik ideyalarına və ədəbi-bədii meyarlara cavab verən yeni əsərlərin üzə çıxarılmasıdır.

Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni orkestr və xor əsərləri təqdim edilməlidir. Müsabiqədə yalnız ali professional bəstəkarlıq təhsili olan şəxslər (yaş məhdudiyyəti qoyulmur) iştirak edə bilərlər.

Müsabiqədə birinci yerin qalibinə 7000 manat, ikinci yerin sahibinə 5000 manat, üçüncü yerə layiq görülmüş müəllifə isə 3000 manat pul mükafatı veriləcək.

Oktyabrın 1-dək Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaq əsərlər ittifaqın müəyyən etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi