lider-media.az

Qərbi Azərbaycan İcmasının məktubu BMT-nin rəsmi sənədləri kimi yayılıb

Baxış: 131 Tarix: 28-01-2025, 11:40

Qərbi Azərbaycan İcmasının məktubu BMT-nin rəsmi sənədləri kimi yayılıb

Qərbi Azərbaycan İcması Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində verdiyi məlum çıxışı ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərmişdi. Xatırladaq ki, Levon Ter-Petrosyan həmin çıxışında etnik təmizləmənin və işğalçılığın Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edir və Ermənistandan azərbaycanlıların qovulmasını tarixi nailiyyət adlandırırdı.

Lider-media.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: “Ermənistanın dövlət siyasətinin irqçi, insanlıq və sülh əleyhinə cinayət xarakterli olduğunu təsdiq edən bu fövqəladə dəlil ilə bağlı BMT-nin Baş katibinə ünvanladığımız məktub BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb. Sözügedən məktubumuzun BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması Ermənistanın sözügedən cinayətlər üzrə məsuliyyətinin beynəlxalq hüquqi müstəvidə təsbit olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Qərbi Azərbaycan İcması bu məsələni BMT ilə yanaşı regional təşkilatların və özlərini insan hüquqlarının müdafiəçiləri kimi təqdim edən beynəlxalq qeyri-hökumət təşkilatlarının diqqətinə çatdırmaq istiqamətində səylərini davam etdirir”.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi