lider-media.az

Azərbaycan əleyhinə fəaliyyətdə iştirak edən Qəzvin imam cüməsi istefa verib

Baxış: 780 Tarix: 28-01-2025, 11:06

İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin Qəzvin vilayəti üzrə nümayəndəsi və Qəzvinin imam cüməsi Əbdülkərim Abedini tutduğu vəzifədən istefa verib.
Bu barədə İran KİV-i məlumat yayıb.
Məlumata görə, Qəzvinin imam cüməsi istefa verməsi ilə əlaqədar müraciət ünvanlayıb.
O, istefa müraciətində 10 ildir imam cümə kimi fəaliyyət göstərdiyini qeyd edib. Lakin hansı səbəbdən istefa verdiyi açıqlanmayıb.
Xatırladaq ki, yanvarın 25-i İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cədəf Ağayi Məryan Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
İranlı rəsmiyə Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıdığı, bunların qarşısının alınmasınının zəruri olduğu vurğulanıb.İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi