lider-media.az

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

Baxış: 315 Tarix: 28-01-2025, 08:44

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA yanında İctimai Şuranın üzvləri ilə görüşüb.Görüşdə 2024-cu ilin yekunlarına dair müzakirələr və cari ildə həyata keçiriləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində icra edilən fəaliyyətin genişləndirilməsi, ölkəmizin üzləşdiyi mina problemi ilə bağlı həm yerli, həm də beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyətinə toxunulub.

Görüş zamanı ANAMA yanında İctimai Şura üzvlərinə “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” yubiley medalı təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi