lider-media.az

Lüksemburqla əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Baxış: 657 Tarix: 27-01-2025, 18:08

Lüksemburq ilə iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunubİqtisadiyyat nazirinin birinci müavini Lüksemburqun Xarici və Avropa İşləri Nazirliyinin idarə rəisi xanım Veronika Dokendorfun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   

Elnur Əliyev Azərbaycan və Lüksemburq arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb, ölkələrimiz arasında iqtisadi-ticarət, tranzit, turizm, informasiya texnologiyaları, yaşıl enerji sahələrində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə Lüksemburq şikətlərinin iştirakı, habelə birgə investisya imkanları qeyd edilib, hər iki ölkədə keçiriləcək işgüzar tədbirlərdə, sərgilərdə iştirakın əhəmiyyəti vurğulanıb.

Lüksemburqun Xarici və Avropa İşləri Nazirliyinin idarə rəisi xanım Veronika Dokendorf ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirib, yeni əməkdaşlıq sahələri, birgə təşəbbüslərin reallaşdırılması potensialı barədə fikirlərini bölüşüb.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi