lider-media.az

Xaricdə yaşayan azərbaycanlılar Norveç Nobel Komitəsinə 20 Yanvarla bağlı açıq məktub ünvanlayıblar

Baxış: 1 329 Tarix: 27-01-2025, 17:15

İsveçdə fəaliyyət göstərən “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyəti tərəfindən Norveç Nobel Komitəsinə açıq məktub ünvanlanıb. Məktubda 20 Yanvar qətliamında əli azərbaycanlıların qanına bulaşmış Mixail Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi xahiş olunur.   

Lider-media.az saytının məlumatına görə, açıq məktubu 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı İsveçdə keçirilən "Qanlı 20 Yanvar" adlı beynəlxalq konfransın iştirakçıları imzalayıblar.  Qeyd edək ki, konfrans "Qobustan" Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri, hazırda İsveçdə yaşayan azərbaycanlı alim Səadət Kəriminin təşklilatçılığı ilə baş tutub.   

Məktubda deyilir: “Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşımasını bu mükafatın tarixində və bəşəriyyət tarixində ən böyük ədalətsizlik, Azərbaycan xalqına qarşı sayğısızlıq və tarixdə qara ləkə hesab edirik. Mixail Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsini gərəkli addım hesab edirik. Mixail Qorbaçovun mükafatından məhrum etmək qərarınız dünya ictimaiyyətinin ədalətə və Nobel Sülh Mükafatının mənəvi nüfuzuna inamını gücləndirərdi”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi