lider-media.az

ƏÜO-da gənc əsgərlərin hazırlığına xüsusi diqqət göstərilir - VİDEO

Baxış: 350 Tarix: 27-01-2025, 14:25

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) xidmətə yeni qəbul olunan gənc əsgərlərə daim qayğı göstərilir, onların adaptasiya prosesinə xüsusi həssaslıqla yanaşılır və hazırlığına diqqət yetirilir.
Çağırışçılar tibb məntəqəsində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə edildikdən sonra mövsümə uyğun hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar.Proqrama əsasən, gənc əsgərlərlə sıra və fiziki hazırlıq üzrə dərslər, eləcə də döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Bu məqsədlə onlarla nizamnamə hazırlığı, hərbi qanunvericilik, hərbi intizam qaydaları, təhlükəsizlik qaydaları, həmçinin sıra, fiziki və atəş hazırlığı üzrə məşğələlər keçirilir.Bundan başqa, gənc əsgərlərin sağlamlığının diqqət mərkəzində saxlanılması və normalara uyğun keyfiyyətli qidalanmasının təşkili məqsədilə əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla bütün zəruri tədbirlər həyata keçirilir.
Həmçinin hərbi qulluqçuların mədəni-asudə vaxtının səmərəli təşkili məqsədilə də tədbirlər təşkil edilir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi