lider-media.az

26 yanvar- Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar regionlarda maarifləndirici tədbirlər keçirilib

Baxış: 331 Tarix: 27-01-2025, 14:22

 
Uşaqlar arasında ətraf mühit sahəsində məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən Zaqatala rayonun Car kənd 1 nömrəli tam orta məktəbin, Beyləqan rayonu Eyvazalılar kənd tam orta məktəbin, Gəncə şəhəri 41 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, o cümlədən İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr ilə maarifləndirici görüşlər keçirilib.
Tədbirlər çərçivəsində iştirakçılara ekoloji təhsilin əhəmiyyəti, ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi, flora və fauna növlərinin qorunması və s. məsələlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi