lider-media.az

“SİMA İmza” Xalq Bankın “XalqOnline” sistemində

Baxış: 327 Tarix: 27-01-2025, 10:55

Xalq Bank “XalqOnline” mobil və internet bankçılıq sistemində SİMA yeni yeni nəsil rəqəmsal imzanın inteqrasiyasını həyata keçirib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC ilə əməkdaşlıq çərçivəsində reallaşan layihə XalqOnline istifadəçiləri üçün rəqəmsal əməliyyatları sadələşdirmək və təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə həyata keçirilib.Artıq fiziki şəxslər “XalqOnline” sistemində gücləndirilmiş imza tələb edən əməliyyatlar üçün “SİMA İmza”dan istifadə edə bilərlər. Rəqəmsal imza vasitəsilə “XalqOnline” üzərindən ölkədaxili və ölkəxarici pul köçürmələri, eləcə də konvertasiya əməliyyatlarını icra etmək mümkündür. Bundan başqa, müştərilər onlayn ərizəni “SİMA İmza” ilə imzalayaraq debet kart sifarişi, kredit və hesab açılması üçün banka müraciət edə bilərlər.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi