lider-media.az

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Baxış: 591 Tarix: 25-01-2025, 19:24

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbində və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsindəGəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri 25 nömrəli tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsində və Masallı rayon Qəzvinoba kənd ümumi orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonu E.Məmmədov adına Çarxana kənd tam orta məktəbində və Şəfili kənd ibtidai məktəbində, Muğan Regional Mərkəzi tərəfindən K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyində və Aran Regional Mərkəzi tərəfindən Ucar rayon Mədəniyyət evində maarifləndirmə tədbiriləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi