Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
Lider-Media.az xəbər verir ki,Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon Gigiyena və Epidemiologiya Mərkəzində, Sumqayıt şəhər internat tipli gimnaziyada, Sumqayıt şəhər 17 nömrəli tam orta məktəbdə və Ceyranbatan Su Kəmərləri İdarəsində, Gəncə Regional Mərkəzi tərəfindən Daşkəsən rayon Uşaq İncəsənət Məktəbində, "Gədəbəy Mineral Suları" MMC-də, Gəncə Dövlət Universitetində və Şəmkir şəhər M.Füzuli adına Təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyində, Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayon Türklər qəsəbə tam orta məktəbində və Ağcabədi Pedaqoji kollecində, Aran Regional Mərkəzi tərəfindən Ucar rayon Müsüslü kənd tam orta məktəbində, Zərdab rayon Şəftəhal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Şimal Regional Mərkəzi tərəfindən Qusar şəhəri 1 nömrəli tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Astara rayon Lovayin kənd A.Hidayətov adına tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Neftçala rayon Qırmızıkənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Balakən rayonu Gülüzanbinə kənd ümumi orta məktəbində və Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Bakı şəhərində yerləşən “Qafqaz Baku City Hotel & Residences” hotelində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.