lider-media.az

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Tarix: Bu gün, 19:56

Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 590 (Cild I); 2024, № 4, maddə 373) ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.16-1 – 3.1.16-3-cü və 4.7.7-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.16-1. idarə etdiyi çoxmənzilli binaları isti su və istiliklə təchiz etmək, həmin binaların istilik enerjisinə tələbatının ödənilməsini təmin etmək;

3.1.16-2. tikintisini təşkil etdiyi çoxmənzilli binaların idarə edilməsi, ümumi əmlakının (o cümlədən liftlərin) saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqq daxil olmaqla, yaşayış sahəsinin saxlanılmasına və təmirinə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almaq;

3.1.16-3. müvafiq ərazidə müqavilə əsasında isti su və istilik təchizatı xidmətləri göstərmək və bu xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almaq (o cümlədən bu Nizamnamənin 3.1.16-1-ci yarımbəndində göstərilən hallarda);”;

“4.7.7-1. bu Nizamnamənin 3.1.16-2-ci və 3.1.16-3-cü yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 745 (Cild I); 2024, № 4, maddə 373) ilə təsdiq edilmiş “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərə “haqq” sözündən əvvəl “müqavilə ilə müəyyən edilmiş məbləğdə” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:

“4.7.7-1. bu Nizamnamənin 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;”.

3. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1757 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 746 (Cild I); 2024, № 4, maddə 373) ilə təsdiq edilmiş “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərə “haqq” sözündən əvvəl “müqavilə ilə müəyyən edilmiş məbləğdə” sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:

“4.7.7-1. bu Nizamnamənin 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;”.

4. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 2151 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 655 (Cild I); 2024, № 4, maddə 343, № 7, maddə 794) ilə təsdiq edilmiş “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərə “haqq” sözündən əvvəl “müqavilə ilə müəyyən edilmiş məbləğdə” sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:

“4.7.7-1. bu Nizamnamənin 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;”.

5. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 4, maddə 372) ilə təsdiq edilmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.1.6-cı və 3.1.12-ci yarımbəndlərə “haqq” sözündən əvvəl “müqavilə ilə müəyyən edilmiş məbləğdə” sözləri əlavə edilsin;

5.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:

“4.7.7-1. bu Nizamnamənin 3.1.6-cı və 3.1.12-ci yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;”.

6. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 134 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 793) ilə təsdiq edilmiş “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərə “haqq” sözündən əvvəl “müqavilə ilə müəyyən edilmiş məbləğdə” sözləri əlavə edilsin;

6.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:

“4.7.7-1. bu Nizamnamənin 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;”.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 yanvar 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi