Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, qanlı döyüşlərdə misilsiz şücaət göstərənlərin qəhrəmanlığı elə yüksək dərəcəyə çatmışdır ki, bu insanlar ölkəmizin ən ali fəxri adına - Milli Qəhrəman adına layiq görülmüşlər. Milli qəhrəmanların həyat yolunu, döyüş şücaətlərini hər bir Azərbaycan vətəndaşı bilməli, ondan nümunə götürməli, təbliğ etməlidir. Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. İgid oğullarımız Birinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxdılar. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Şücaətləri, igidlikləri örnək olan qəhrəmanların hər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə rolu var.
Azərbaycanın Milli Qəhrəmanı Hikmət Oqtay oğlu Muradov 23 yanvar 1969-cu ildə Bakı şəhərində doğulmuşdur. O, 1976-cı ildə 190 saylı Bakı şəhər orta məktəbinə getmiş, 1986-cı ildə onuncu sinfi əla qiymətlərlə bitirmişdir. Həmin il Krasnokutsk Mülki Aviasiya Məktəbinə daxil olmuş, 1991-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Sonra Kiyev Ali Mülki Aviasiya İnstitutunun qiyabi şöbəsi… O, təyinatla Yevlax hava yollarında 2-ci pilot kimi fəaliyyətə başlayır.
Hikmət Muradov AN-2 təyyarəsi ilə dəfələrlə Dağlıq Qarabağa uçuşlar etmiş, Xocalıya aviasiya hissələrinin daşınmasında və müxtəlif ləvazimatların vaxtında çatdırılmasında böyük xidmətlər göstərmişdir. Qorxmaz təyyarəçi çətin vəziyyətlərdə təmkini və qətiyyəti ilə seçilirdi. Bu onun ən üstün cəhətlərindən idi.1991-ci ilin 29 oktyabrında xüsusi tapşırıqla xidməti borcunu yerinə yetirərkən, Xocalı rayonunun Xanabad kəndi ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi şiddətli raket atəşi nəticəsində zədələnir. Ekipajı və sərnişinləri xilas etmək üçün təyyarəni təhlükəsiz yerə çatdırmağa çalışsa da, faciədən qaçmaq mümkün olmur…
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli Fərmanı ilə Muradov Hikmət Oqtay oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Vaxtilə oxuduğu 190 saylı orta məktəbdə barelyefi vurulmuşdur.Yevlax avia dəstəsinin həkimi Hafiz Rüstəmovun dediklərindən: "Mən Şəmkir rayonunun Çinarlı kəndində xəstəxananın baş həkimi işləyirdim. 1989-cu ildə vəziyyətlə əlaqədar olaraq iş yerimi Yevlax avia dəstəsinə dəyişdim. Fikirləşdim ki, bizə hərbi sahədə daha çox ehtiyac var. Elə Hikmətlə də orada tanış olmuşdum. Xasiyyətcə sakit, təmkinli olsa da, daxilən çox əsəbi insan idi. Hər dəfə Dağlıq Qarabağa uçuşlar edib gələndən sonra, günlərlə özünə gəlmirdi, elə hey orada yaşayan camaatın taleyini düşünürdü. Onun sonuncu uçuşu indiyə kimi yadımdadır. Elə bil ürəyinə dammışdı ki, bu, onun sonuncu uçuşudur. Təyyarəyə minməmişdən öncə, gəlib bütün kollektivlə görüşdü. Dedi, "doktor inşallah bu dəfə geri dönsəm, səninlə Şəmkirə gedib bir neçə gün orada qalıb, əməlli istirahət edərik". Bu, onun mənə son sözləri oldu".
Hikmətin torpaqlarımızın işğaldan azad olunması naminə göstərdiyi şücaət, onun kimi qəhrəmanların ömür yolu gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Qısa ömür yaşasa da əziz xatirəsi xalqımızın qəlbində əbədi qalacaqdır.Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ömür yolu hamımıza örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir. Vətənimizin müdafiəsi uğrunda savaşmaq və şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir
Dövlət Komitəsi oktyabr ayında sosial dəstək tədbirlərini davam etdirib
Qanlıgöl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Leyla Əliyeva:“Hər bir qadın öz gücünə inansın”
Noyabrın 17-də gözlənilən hava şəraiti
Birgə Bəyannamə - strateji tərəfdaşlığın yeni yol xəritəsi
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan regional nəqliyyat xəritəsində mövqeyini möhkəmləndirir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Sənaye istehsalı haqqında
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı