lider-media.az

Azərbaycan prezidenti və Ermənistan baş nazirinin Davosda görüşü baş tutacaqmı? POLİTOLOQ AÇIQLADI

Tarix: Dünən, 23:44

“Azərbaycan prezidenti və Ermənistan baş nazirinin Davosda görüşü baş tutacaqmı?” sualı son günlərin siyasi diskursunun əsas mövzularından biridir. Sözügedən məsələ ilə bağlı Ermənistan mətbuatında belə bir fikir dərc olundu ki, hazırki hökumətdə məlumat təminatını həyata keçirən məsul şəxslər bu sualı bir-birlərinə ötürərək bu barədə ya zənglərə cavab verməyiblər, ya da yazılı sualı cavabsız qoyublar. Burada bir neçə nüans diqqəti çəkir. Ya qurumlar arası koordinasiya qopuqluğu mövcuddur, ya Nikol Paşinyan öz kölgəsindən də ehtiyat edərək atacağı növbəti addımı nəinki hökumət üzvlərinə, heç yaxın silahdaşlarına da demir ki, bəzi daxili reallıqlar bunu tələb edir, ya da və daha ağla batan versiya kimi Paşinyan xarici havadarlarından razılıq almaq, məsləhətləşmələr, hesablamalar etmək istəyir”. 

Lider-media.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib. 

“Təbii ki, cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına vermiş olduğu müsahibə mövqe olaraq Fransa və Ermənistanla bağlı ən son istinad nöqtəsi olduğundan, düşünmürəm ki, Emmanuel Makron dövlət başçımızın onun siyasi fiqur kimi səriştəsini və fəzilətlərini heç kimlə deyil, elə bir sıra fransız prezidentləri ilə müqayisəli təhlil xarakterli sözlərini rahat udsun. İstənilən halda hər platforma ilk növbədə Ermənistan və prosesləri konstruktivizmə bağlamaq baxımından tərəflər üçün yeni bir imkan, fürsət pəncərəsi deməkdir. Bu şanslardan maksimum yararlanmaq lazımdır ki, dövlət başçımızın da vurğuladığı kimi problemlər dar çərçivədə, ikitərəfli kontekstdə həll olunsun. Həm də artıq vurğulandığı kimi can atan, təşəbbüs və maraq göstərən tərəf Ermənistan olmalıdır. Ermənistan nataraz açıqlamalar verir, öhdəliklərindən yayınır, ən əsası isə sürətlə silahlanır. Ermənistanın baş naziri isə zəif tərəfin lideri mövqeyini tutur və müxtəlif güzəştlərə getməyə məcburdur. Kommunikasiyaların açılması əsas məsələlərdən biri və birincisidir. Əlbəttə ki, Paşinyanla Əliyev arasında Davosda görüş baş tuta bilər. Hər hansı bir məlumatın olmaması görüşün də olmayacağı anlamına gəlmir. Məsələn, iki liderin XVI BRICS Sammiti əsnasında oktyabrın 24-də Kazanda son görüşü və danışıqları da əvvəlcədən açıqlanmamışdı. Paşinyanı hər fürsətdə “qulaqlamaq” lazımdır. Hər halda bu təkcə subyektiv fikir olmamaqla yanaşı, həm də Ermənistan mətbuatında gedən tendensiyadır. Davosda 2019-cu ildən bir il sonra baş verən, ard-arda sıra ilə düzülən uğurlar onu deməyə tam əsas verir ki, elə ən son olmaqla əldə edilən uğur axırıncı deyil, axarıncıdır”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi