lider-media.az

Canan Karatayın su içməklə bağlı iki sirri..

Tarix: Bu gün, 07:12

Türkiyəli professor, doktor Canan Karatay suyun orqanizmdə mühüm yeri olduğunu və sağlam həyat üçün kifayət qədər maye qəbulunun vacib olduğunu vurğulayır.Suyun əhəmiyyətinə toxunan Karatay minerallarla dolu duzlu su içməyi məsləhət görüb.

"Su ilə yanaşı, kifayət qədər heyvani yağ və zülal da qəbul etmək lazımdır”, - o bildirib. Əlavə edib ki, bu, xəstəliklərdən qorunma və mövcud xəstəliklərdən qurtulma prosesini sürətləndirir.Onun sözlərinə görə, gündəlik limonlu su qəbulu insanın enerji ehtiyacını ödəməkdə təsirlidir.

Limonlu suyun faydaları:

- bağırsaqların aktiv işləməsinə kömək edərək həzmi asanlaşdırır;

- qəbizlik kimi vəziyyətlərdə təsirlidir;

- müntəzəm içilməsi yağların yandırılmasını sürətləndirir və sidiklə ödemi aradan qaldırmağa kömək edir;

- tərkibindəki vitamin və minerallarla bədən sağlamlığına qatqı təmin edir, C vitamini və limon turşusu sayəsində dəmirin udulmasını artıraraq qan azlığına qarşı fayda verir.

Həkim Karatay hər axşam yeməyindən sonra limon suyu içməyin həzm sisteminə tənzimləyici təsir göstərdiyini bildirib və bunun daha sağlam yuxu üçün zəmin hazırladığını vurğulayıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi