lider-media.az

Yeni qurd növü tapıldı

Baxış: 1 567 Tarix: 25-09-2024, 11:57

 

Beynəlxalq alimlər qrupu yastı qurdun yeni növünü kəşf ediblər. 

Lider-media.az xəbər verir ki, araşdırma “PeerJ” jurnalında dərc olunub.

“Amaga pseudobama” adlı yeni növ ilk dəfə 2020-ci ildə Şimali Karolinada tapılıb. 

Tədqiqatçılar qurdu müəyyən etmək üçün molekulyar araşdırma aparıblar. Təhlil zamanı məlum olub ki, yeni növ genetik səviyyədə “obama nunqara”sından xeyli fərqlənir. 

Yeni “amaga pseudobama” növü təkcə Şimali Karolinada deyil, Florida və Corciyada da aşkar edilib. Alimlər qurdun artıq ABŞ-nin cənubundakı digər ştatlara da yayıla biləcəyindən şübhələnirlər. 

Tədqiqat müəllifləri vurğulayırlar ki, yeni növlərin diapazonunu və ekoloji təsirini daha dəqiq başa düşmək üçün əlavə monitorinq və genetik analiz lazımdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi