lider-media.az

2024-cü ildə yol təsərrüfatına ziyan dəyməsi ilə nəticələnən 788 yol-nəqliyyat hadisəsi baş verib MƏLUMAT

Baxış: 79 Tarix: 23-01-2025, 15:58

2024-cü il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 788 yol-nəqliyyat hadisəsi baş vermişdir. Bunun nəticəsində 8878 pm əyrixətli tirlər, 52 ədəd beton bordür, 387 pm mühafizə çəpəri, 40 ədəd işıq dirəyi, 56 ədəd yol nişanı, 12 m2 istinad divarı, 416,5 m2 asfalt-beton örtük, ədəd məlumat lövhəsi, 200 m2  fibrobeton,10 m2 travertin, ədəd teksalit və 20 m körpü məhəccəri, 27,2 m2 mərmər, 36,56 m2  alkapon  yararsız hala düşmüşdür.Ümumilikdə yol təsərrüfatına 890 711,44 manat məbləğində maddi ziyan dəymiş, bundan 457 371,23 manatı  (51,34 %) ödənilib.

Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 700 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunmuş, 9 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 79  yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığından onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunmuşdur.       




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi