Taleh Qaraşov Lənkəran şəhərində aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olub
Qeyd edək ki, hazırda Milli Qəhrəman Soltanağa Bayramov, Mirsalayev, Füzuli, Şəhidlər Xiyabanı (Kiçik Bazar ərazisi) və Şəhidlər Xiyabanı dalan 6 küçələri, habelə Ələt-Astara magistral yolunun Göyşaban kəndi ərazindən keçən hissəsində vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə səkilərə yeni tametlərin döşənməsi, deformasiyaya uğrayan səki daşlarının yeniləri ilə əvəzlənməsi, yeni bordurlərin qoyulması, yolboyu hasarların ağlay daşlarla üzlənməsi işləri aparılır.
Yanvarın 21-də Lənkəran ŞİH başçısı Taleh Qaraşov görülən işlərlə yerində tanış olub, işin gedişatı ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, aparılan abadlıq-quruculuq işləri ayrılmış vəsaitə uyğun olaraq ilboyu davam etdiriləcək.