Xankəndidə həyat yenidən canlanır. Şəhərin Baş planının hazırlanması istiqamətində işlərə başlanılıb.Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş jurnalist Afət Telmanqızı bildirib.“Günbəgün abadlaşan, yenidən qurulan Xankəndi hər gün simasını dəyişir. Şəhərdə genişmiqiyaslı tikinti quruculuq işləri aparılır. Füsunkar təbiəti, tarixi-mədəni abidələri ilə tanınan Xankəndinin turizm məkanına çevrilməsi üçün də tədbirlər görülür”.
A.Telmanqızı deyib ki, Xankəndi şəhərinin Baş planının hazırlanması istiqamətində görülən işlər dünyada nüfuzlu şirkətlərdən biri olan “Chapman Taylor” tərəfindən aparılır.