lider-media.az

Seçki bülletenləri artıq bölgələrə paylanır - MSK sədri

Baxış: 20 Tarix: 23-01-2025, 10:45

Seçki bülletenləri artıq bölgələrə paylanır - MSK sədri

Qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev yanvarın 23-də Komissiyanın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirib, veb-kameraların quraşdırılması istiqamətində reallaşdırılan son hazırlıq işləri ilə tanış olublar.

 MSK sədri Məzahir Pənahov deyib ki, qarşıdan gələn bələdiyyə seçkilərində 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmasına qərar verilib və həmin məntəqələrin siyahısı rəsmi dərc olunub. Seçki günü internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də xaricdən Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, müasir standartlara cavab verən və ən yüksək görüntü effektinə malik bu veb-kameralar vasitəsilə seçki məntəqəsindəki bütün prosesləri - səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini canlı və fasiləsiz müşahidə edə bilərlər.
M.Pənahov bildirib ki, ölkədə bələdiyyə seçkilərinə maraq böyükdür..O bildirib ki, 26 siyasi partiyadan 23-ü seçkilərdə iştirak edir.“70 minə yaxın müşahidəçi qeydə alınıb. Onların yarısı siyasi partiyaların müşahidəçiləridir”,- M.Pənahov qeyd edib.MSK sədrinin sözlərinə görə, seçki bülletenləri ilk olaraq dünən Naxçıvana çatdırılıb. Bu gün isə digər bölgələrə çatdırılması planlaşdırılır.

Xatırladaq ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi