lider-media.az

Metropolitençi övladının Vətənə bağlı ömrü

Baxış: 163 Tarix: 22-01-2025, 09:22

Metropolitençi övladının Vətənə bağlı ömrü

Bakı metropolitenində 44 günlük Vətən müharibəsinin qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, şəhid Nurlan Mustafayevin həyatına həsr olunmuş “Vətənə bağlı ömür” adlı sənədli-bədii filmin nümayişi təşkil olunub. Tədbirdə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, şəhidin ailəsi və metropoliten əməkdaşları iştirak ediblər.

1990-cı ildə Sumqayıtda anadan olmuş Nurlan Mustafayev Bakı metropoliteninin əməkdaşı Rahilə Ramazanovanın övladı idi. Filmdə Nurlan Mustafayevin şücaəti, ərazi bütövlüyümüz uğrunda göstərdiyi fədakarlıqlar və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunması xüsusi vurğulanıb.
Şəhid Nurlan Mustafayevin simasında bütün şəhidlərimizin əziz xatirəsini yad edir, Allahdan rəhmət diləyirik!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi