lider-media.az

ICESCO-nun Baş direktoru təşkilata QH Parlament Şəbəkəsində müşahidəçi statusu verilməsini alqışlayıb

Baxış: 765 Tarix: 27-03-2024, 10:49

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ICESCO) Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsində müşahidəçi statusu verilib. Təşkilatın Baş direktoru Salim Əl-Malik QH Parlament Şəbəkəsinin bu qərarını alqışlayıb və bildirib ki, bu status Hərəkata üzv ölkələrlə əməkdaşlığın genişləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi, habelə birgəyaşayış və sülh dəyərlərinin təşviqi istiqamətində atılmış mühüm addımdır.

Lider-Media.az təşkilatın mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, bu qərar Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İsveçrənin Cenevrə şəhərində keçirilən 3-cü konfransının açılışı zamanı elan edilib.

Beləliklə, ICESCO Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində müşahidəçi statusu alan dördüncü beynəlxalq təşkilat olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi