Ombudusman aparatınadn verilən məlumata görə, bəyanatda deyilir:
Azərbaycan xalqının milli azadlıq ruhunun, müstəqillik arzusunun qarşısının alınması məqsədilə keçmiş SSRİ qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə mülki əhaliyə qarşı amansızcasına törətdiyi qanlı hadisədən – 20 Yanvar faciəsindən 35 il ötür.
Ölkəmizə qarşı keçmiş SSRİ rəhbərliyinin qərəzli münasibətinə, tarixi torpaqlarımız olan indiki Ermənistanın ərazisindən azərbaycanlıların deportasiyasına və Azərbaycana qarşı Ermənistanın əsassız ərazi iddialarına etiraz edən xalqımızın iradəsini qırmaq üçün insanlıq əleyhinə törədilmiş bu ağır cinayət nəticəsində Bakıda və respublikamızın digər bir neçə rayon və şəhərlərində qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakin öldürülüb, 744 nəfər yaralaıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Həmin gün azadlıq naminə meydanlara çıxan xalqımızın qəhrəmanlıq salnaməsi olmaqla yanaşı, silahsız insanların qorxmadan şərəf və ləyaqətlə azadlıq uğrunda mübarizə apardığı tarixi bir gündür. Günahsız insanlara qarşı vəhşicəsinə törədilmiş terror aktına baxmayaraq, Azərbaycan xalqı öz müstəqilliyinə qovuşub.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev təzyiqlərə və həyatına yarana biləcək təhlükəyə baxmayaraq, 1990-cı il 21 yanvar tarixində ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, sərt bəyanat verərək bu ağır cinayətin SSRİ rəhbərliyi tərəfindən törədildiyini dünya ictimaiyyətinə çatdırıb. Yalnız Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.Beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin həmin dövrdə bu hadisənin törədilməsini qınamaması daha sonra ermənilər tərəfindən torpaqlarımızın işğal olunmasına və xalqımıza qarşı soyqırımı aktlarının törədilməsinə rəvac verib.
Ovaxtkı SSRİ rəhbərliyinin əmri ilə icra olunmuş insanlıq əleyhinə cinayət nəticəsində BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri, o cümlədən keçmiş Sovet İttifaqının iştirakçısı olduğu beynəlxalq müqavilələrin tələbləri kobud şəkildə pozulmuş və insan hüquqları ciddi şəkildə tapdalanıb.Lakin təəssüflə qeyd etmək istərdik ki, beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş bu cinayətə hələ də hüquqi qiymət verilməmiş, həmin qanlı cinayəti törətmiş şəxslər məsuliyyətdən kənarda qalıblar.Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, beynəlxalq cinayətlərin ən ağır növlərindən biri olan insanlıq əleyhinə cinayət kimi 20 Yanvar hadisələrinin tövsif edilməsini və bu cinayətləri törətmiş hərbi qulluqçularla yanaşı, onların icrasına əmr verən şəxslərin də cinayət məsuliyyətinə cəlb olunmasını təmin etmək üçün beynəlxalq təşkilatları və dünya ictimaiyyətini ədalətli mövqe nümayiş etdirməyə çağırıram.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
Ombudsman 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yaydı
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
AZAL bu ay Naxçıvana 47 mindən çox sərnişin daşıyıb
Samir Nuriyev “Dəmirli” Filiz Emalı Kompleksində
17 iyun Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür
Çağırışçıların yekun tibbi müayinələri hansı kateqoriyalar üzrə aparılır?
OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüş keçirilib
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Dövlət Turizm Agentliyində “İnsan hüquqları” mövzusunda tədbir keçirilib
Məhəmməd Süleyman Əl-Casirin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Samir Nuriyev Xocalı və Ağdərədə
Türkiyənin ən gözəl kəndləri: Zamanın sanki dayandığı məkanlar
MEDİA-da İƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə ikitərəfli görüş keçirilib
Tacikistanın iqtisadi inkişaf və ticarət naziri ilə görüş keçirilib
İyunun 18-də gözlənilən hava şəraiti
Əlilliyi olan uşaqlar üçün növbəti hippoterapiya tədbirləri təşkil olunub
Yer kürəsi təhlükəli həddə yaxınlaşır: 1,5 dərəcəlik sərhəd aşılır
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

Alimlərdən gözlənilməz araşdırma: Şəkərdən tam imtina sağlamlıq üçün risk yarada bilər
Alimlərdən xəbərdarlıq: Şəkərli içkilər qaraciyər xərçəngi riskini artırır
Unikal araşdırma: Zəfəran qadınların psixoemosional vəziyyətinə və özünəinamına müsbət təsir edir
Güc məşqləri sağlam və uzun ömrün açarlarından biridir
Alimlərin qorxulu iddiası: Bu bəzək bitkisi ilanlara sığınacaq yaradırmış