lider-media.az

UN-Habitat terrorla mübarizə üzrə qlobal koordinasiya sazişinə qoşulub

Baxış: 502 Tarix: 27-03-2024, 10:48

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) terrorizmlə mübarizə üzrə koordinasiya sazişinə qoşulub.

Sinxua agentliyi xəbər verir ki, son əlavə nəzərə alınmaqla, BMT-də ən böyük koordinasiya çərçivəsi olan terrorla mübarizə sazişi 47 qurumu əhatə edir.

“BMT-nin Məskunlaşma Proqramı bu sistemə qoşularaq, terrorizmə qarşı maliyyələşdirilmə məsələlərinin həllində yüksək əhəmiyyətli mövqe nümayiş etdirəcək”, - deyə Birləşmiş Millətlər Təşkilatının terrorla mübarizə üzrə qlobal koordinasiya sazişinin sədri Vladimir Voronkov bildirib.

Qərargahı Keniyanın Nayrobi şəhərində yerləşən UN-Habitat bilik, siyasi məsləhət, texniki yardım vasitəsilə yaşayış məskənlərində transformativ dəyişikliyi təşviq etmək üçün 90-dan çox ölkədə çalışır.

2018-ci ilin dekabrında təsis edilən saziş BMT-nin qlobal terrorla mübarizə strategiyasının həyata keçirilməsində üzv dövlətlərə ardıcıl və əlaqələndirilmiş dəstək üçün əsas institusional vasitədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi