lider-media.az

Sumqayıtda “20 Yanvar - qanlı və şanlı tariximiz” mövzusunda tədbir keçirilib

Tarix: Bu gün, 18:36

Sumqayıt şəhərindəki 28 May Mədəniyyət Evində “20 Yanvar - qanlı və şanlı tariximiz” mövzusunda tədbir keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin, YAP Qubadlı rayon təşkilatının, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirməsi ilə başlayıb. Bütün Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarx izlənilib.

Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan və bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli fəaliyyətinin nəticəsində dünya ölkələri içərisində ölkəmiz inkişafına, nüfuzuna görə xüsusilə seçilir.

Qeyd edilib ki, şəhidlərin xatirəsi uca tutulur, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.

Diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələrinə ilk siyasi qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Azərbaycanın milli-azadlıq hərəkatında xüsusi yeri və rolu olan, Azərbaycan tarixində qan yaddaşı kimi yazılmış 20 Yanvar hadisələri, eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. 20 Yanvar hadisəsi zamanı 147 nəfər şəhid olmuş, 638 nəfər ağır xəsarət almış, onlardan 331 nəfəri əlil olmuşdur. 841 nəfər həbs olunaraq, müxtəlif işgəncələrə məruz qalıb. Tədbir ədəbi-bədii proqramla davam edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi