Tariximizin qızıl səhifəsidir hər şəhid ömrü. Qarabağ odlara qalananda, gülüstan çöllərimizə daşnaklar göz dikəndə Vətənin say-seçmə oğulları silaha sarılıb odlu səngərlərə üz tutdular. Neçə-neçə mərd oğullarımız ərazi bütövlüyümüz uğrunda gedən qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Odlu səngərlərdə ermənilərə çalın-çarpaz dağ çəkən igid Azərbaycan oğullarından biri də Şamoy Məhyəddin oğlu Çobanov olmuşdur.
Şamoy Çobanov 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində dünyaya göz açmışdır. 1982-ci ildə 1 saylı Qazax şəhər orta məktəbini bitirdikdən sonra avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. 1983-cü ildə əsgəri xidmətə yollanmış, 1985-ci ildə ordudan tərxis olunduqdan sonra Qazax şəhərinə dönmüş, əvvəllər işlədiyi müəssisədə çilingər kimi fəaliyyətini davam etdirmişdir.
1989-cu ildə isə o, Qazax Rayon Polis Şöbəsində işə qəbul olunur. Şamoy polis nəfəri kimi işə başladığı vaxtlarda ermənilər gündən-günə azğınlaşır, torpaq iddiası ilə ərazilərimizə tez-tez hücumlar edirdilər. Xeyrimli, Yuxarı Əskipara, Bağanis-Ayrım kəndlərinə hücumlar ara vermirdi. Şamoy bu kəndlərdə əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə polis yoldaşları ilə birlikdə postlar qurmuşdu. O, erməni quldurlarına öz çirkin əməllərini həyata keçirməyə imkan vermirdi.
...19 avqust 1990-cı il. Şamoy polis işçisi kimi Yuxarı Əskipara kəndinə gedən avtobusu müşayiət edirdi. Kəndin yaxınlığında avtobusa qəflətən erməni yaraqlıları hücum etdilər. Şamoy cəld avtobusdan yerə atıldı, qanlı döyüş başladı. Düşmən geri çəkilməyə məcbur olsa da sərnişinlərdən yaralanan və ölənlər var idi.
Həmin döyüşdə Qazax eli bir igidini də itirdi. Bu, kənd sakinlərinin böyük hörmətini qazanmış, qəlbi Vətən eşqi ilə döyünən bacarıqlı polis əməkdaşı Şamoy Çobanov idi. Şamoy Çobanovun son mənzili Ağköynək kəndindəki qəbiristanlıq oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Şamoy Çobanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.
Ağköynək kənd məktəbi qəhrəman döyüşçü Şamoy Çobanovun adını daşıyır.


Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb
VII çağırış Milli Məclisə seçilmiş deputatlarımızın siyahısı
31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
Milli Qəhrəmanlarımızın doğum günüdür
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb