lider-media.az

DİN Qırğızıstanda saxlanılan 5 azərbaycanlı barədə məlumatı qarşı tərəfə təqdim edib

Tarix: 26-03-2024, 20:03

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 2024-cü il 23 mart tarixli mətbuat açıqlamasında bu ölkənin ərazisində 5 azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilmişdi.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin isə Azərbaycan Respublikası ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyənləşib.

Həmçinin Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 Qırğızıstan vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən edilib və onlar qarşı tərəfin aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qeyd olunan məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün Qırğız Respublikasının hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi