İcra hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək bildirib ki, həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiyməti isə yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vermək mümkün olub. Faciədə şəhid olanların ailə üzvlərinin və əlil olanların sosial müdafiəsi gücləndirilib. Bu gün isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rafiq Quluyev qeyd edib ki, Qanlı Yanvar hadisələrinin 35-ci ildönümünü qeyd edərkən arxada qalan tarixi unutmadan bugünkü zəfərimizlə qürur duyuruq. Ötən əsrin sonunda təklənərək haqqı tapdanan, övladları şəhid edilən Azərbaycan bu gün tək regionun deyil, bütövlükdə beynəlxalq arenanın qüdrətli dövlətinə çevrilib. Azərbaycan dövlətinin əldə etdiyi uğur, sahib olduğu zirvə və tariximizə qızıl hərflərlə yazılan Zəfər salnaməsi həm 20 Yanvar, həm də ondan sonrakı illərdə canını Vətən uğrunda fəda edən şəhidlərimizin ruhunu şad edir. Əldə etdiyimiz bütün uğurların başlanğıcı həmin gün tankların qarşısında öz dəyanətini nümayiş etdirən igidlərimizin qəhrəmanlığı ilə qoyulub. Buna görə də yüz illər keçsə belə, nə həmin ağrılı-acılı hadisələr, nə də şəhidlərin müqəddəs xatirəsi heç zaman unudulmayacaq.Tədbirdə qeyd olunub ki, rayon ərazisində yaşayan şəhid ailələri və əlillərin dövlət qaygısı ilə əhatə olunması daim diqqətdə saxlanılır, ehtiyaclarının ödənilməsi, sosial problemlərinin həlli ilə baglı konkret tədbirlər həyata keçirilir.





ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir
Dövlət Komitəsi oktyabr ayında sosial dəstək tədbirlərini davam etdirib
Qanlıgöl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Leyla Əliyeva:“Hər bir qadın öz gücünə inansın”
Noyabrın 17-də gözlənilən hava şəraiti
Birgə Bəyannamə - strateji tərəfdaşlığın yeni yol xəritəsi
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan regional nəqliyyat xəritəsində mövqeyini möhkəmləndirir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Sənaye istehsalı haqqında
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı