lider-media.az

ANAMA-da Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş

Baxış: 280 Tarix: 18-01-2025, 09:02

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə, nümayəndə heyətinə ölkəmizdə mövcüd mina probleminin miqyası və bu problemin yaratdığı fəsadlar, eləcə də işğaldan azad edilmiş ərazilərdə icra edilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə məlumat verilib.

Görüş zamanı Azərbaycanın AQEM-də sədrliyi müddətində mina təhlükəsi ilə bağlı beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması, Azərbaycanın minatəmizləmə sahəsində təcrübəsinin bölüşməsi, təşkilata üzv olan mina problemi ilə üzləşmiş ölkələrlə beynəlxalq həmrəyliyin təşviq edilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi