Respublika Veteranlar Təşkilatı iki veteranı yubiley münasibətilə təbrik edib
Veteran.gov.az xəbər verir ki, 17 yanvar 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Təşkilatın Rəyasət Heyətinin üzvü Cəfərov Şədtat Muğdat oğlu və Qəhrəmanov Camal Nizam oğlu ilə görüşüb, hər iki veteranı 85 illik yubiley münasibətilə təbrik edib. Şədtat Cəfərov və Camal Qəhrəmanovun Təşkilatın fəaliyyətində hər zaman yaxından iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, onların dünyagörüşündən, təcrübəsindən bu gün də milli-mənəvi dəyərlərin təbliği məsələsində geniş istifadə edildiyini vurğulayıb.Ölkəmizdə Veteran hərəkatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə, gənclərimizin vətənpərvərlik tərbiyəsi işində yaxından iştirakına və anadan olmalarının 85 illik yubileyi münasibətilə hər iki veteran Fəxri Fərman və xüsusi mükafatla təltif edilib.Göstərilən diqqətə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən veteranlar, bundan sonra da Təşkilatın fəaliyyətində yaxından iştirak etməkdə davam edəcəklərini vurğulayıblar.
Görüşün sonunda xatirə şəkli çəkilib.