Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, federasiyanın prezidenti Elçin Quliyev, idarə heyətinin üzvləri və dəvət olunmuş qonaqlar iştirak etmişdir.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından verilən məlumata görə, gənc nəsilin sağlam ruhda yetişdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğı federasiyanın prezidenti Elçin Quliyevin açılış nitqində xüsusi olaraq vurğulanmışdır.
Federasiya prezidenti milli idman irsini inkişaf etdirmək, beynəlxalq səviyyədə uğur qazanmaq və atçılıq idmanını ölkədə daha geniş yaymaq üçün səy göstəriləcəyinə əminlik ifadə etmişdir.
Tədbirin davamında federasiyanın baş katibi Bəhruz Nəbiyev tərəfindən 2024-cü ilin ən yaxşılarının mükafatlandırılma mərasimi təşkil olunmuşdur.
Mükafatlar müxtəlif nominasiyalar üzrə təqdim edilmişdir:
- İlin Ədalətli Yarış Hakimi – Tahirov Zaur Aydın oğlu;
- Cıdır üzrə İlin Jokeyi – Nəzərov Hilal Mehman oğlu;
- Cıdır üzrə İlin Qarabağ atının yetişdirici Klubu – Buta Qolden Atçılıq Klubu;
- Cıdır üzrə İlin Dilbaz atının yetişdirici Klubu – Xan-Xan Atçılıq Klubu;
- Çövkən üzrə İlin Klubu – Sərhədçi Çövkən Komandası;
- Çövkən üzrə İlin Oyunçusu – Primov Samir Soltan oğlu;
- Konkur üzrə İlin İdmançısı – Musayev Seyid Yaqub oğlu;
- Konkur üzrə İlin Gənc İdmançısı – Mirzəyeva Leyla Elxan qızı;
- Konkur üzrə İlin Xanım İdmançısı – Ağayeva Aydan Aydın qızı;
- Konkur üzrə İlin Məşqçisi – Musayev Seyid Yaqub oğlu;
- Konkur üzrə İlin Klubu – Elit Atçılıq İdman Klubu;
- Gənclər arasında Konkur üzrə İlin Klubu – Respublika Atçılıq Məktəbi;
- Yorğa atçılığı üzrə İlin At sahibi – Cabarov Elmətdin Nazim oğlu;
- Yorğa atçılığı üzrə İlin Çaparı – Allahverdiyev Xəlil Elman oğlu;
- Dresaj üzrə İlin İdmançısı – Əlibəyov Aydın Alavəddin oğlu;
- İlin Baytar Həkimi – Musayev Məhəmməd Yaqub oğlu;
- İlin İdman Kanalı – CBC SPORT telekanalı;
- İlin Şərhçisi – Mirzəzadə Ramiz Rasim oğlu;
- Çövkən üzrə ilin ən baxımlı qolunun sahibi – Əliyev Rusif Nazim oğlu;
- Dresaj üzrə İlin Xanım İdmançıları – Zəhrabəyova Aqata Eduard qızı və Zəhrabəyova Karina Eduard qızı.
Mükafatlandırma mərasimindən sonra Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək Azərbaycan Atçılıq Federasiyasının 2024-cü il ərzində əldə etdiyi uğurları yüksək qiymətləndirmiş, atçılıq sahəsində görülən işlərin Azərbaycanın milli idman irsini inkişaf etdirməkdə mühüm rol oynadığını vurğulayaraq federasiyanın beynəlxalq səviyyədə uğur qazanmaq və ölkəmizi layiqincə təmsil etmək istiqamətində həyata keçirdiyi təşəbbüslərin əhəmiyyətindən danışmışdır.
Tədbirin ikinci hissəsində keçirilən iclasda 2025-ci il üçün federasiya qarşısına qoyulan hədəf və məqsədlər açıqlanmış, növbəti ilin planları müzakirə olunmuş və keçiriləcək tədbirlər, eləcə də yarışlar haqqında ətraflı məlumat təqdim edilmişdir.
Tədbir iştirakçıları 2024-cü ilin uğurlarını qeyd edərək, növbəti ildə yeni zirvələrə çatmaq əzmini ifadə etmişlər.
Hazırkı baş katib Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasına prezident seçildiyinə görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının yeni baş katibi vəzifəsinə yeganə namizəd olaraq Emil Seyidov irəli sürülmüşdür. Səsvermənin nəticələrinə əsasən, Emil Seyidov Azərbaycan Respublikası Atçılıq Federasiyasının yeni baş katibi seçilmişdir.





_f7bf7dbcfc079f650c1a6c416c2113b4.jpg)

_ba1409c306b6ea9e89e06658a9025a95.jpg)


















ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
Prezidentin müsahibəsinin TAM MƏTNİ
DƏYƏRLİ BİR ÖMRÜN HƏYAT HEKAYƏSİ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb