lider-media.az

Bakı Metropolitenində Asiya İnfrastruktur İnvestisiya Bankı ilə görüş keçirilib

Baxış: 154 Tarix: 16-01-2025, 19:22

Bakı Metropolitenində Asiya İnfrastruktur İnvestisiya Bankı ilə görüş keçirilib

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) baş investisiya direktoru Konstantin Limitovksi ilə görüşüb. Görüşdə AİİB nümayəndələrinə 2030-cu ilə qədər Bakıda Metropolitenin inkişaf perspektivləri, yeni 10 stansiyanın inşası, digər layihələr və onların əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, şəhər nəqliyyatında mövcud çətinliklərin aradan qaldırılması məqsədilə Metropolitenin inkişaf etdirilməsi prioritet vəzifələrdəndir.
Bakı mobillik planı aspektindən metropolitenin inkişaf planı xüsusi müzakirə mövzusu olub.
Bakı Metropoliteninin inkişaf etdirilməsi ilə bağlı təşəbbüs və  layihələrin icrasının maliyyələşdirilməsində AİİB-in iştirakı ətrafında geniş fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi