lider-media.az

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə yeni təyinatlar olub

Baxış: 331 Tarix: 16-01-2025, 14:06

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə yeni təyinatlar olub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 16 yanvar tarixli əmri ilə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə Xudiyeva Xoşqədəm Vidadi qızı tədris işləri üzrə, Quliyev Aslan Ələddin oğlu isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub, X.Xudiyevaya həm də kollecin direktoru vəzifəsi həvalə edilib.

Bu barədə Agentlikdən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Xoşqədəm Quliyeva Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə təhsil alıb, daha sonra Gəncə Dövlət Universitetində “İngilis dili” ixtisası üzrə bakalavriat səviyyəsini bitirib. 2022-2024-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramını müvəffəqiyyətlə başa vurub. O, 2010-2024-cü illərdə müxtəlif regionlarda, o cümlədən Gəncə və Bakı şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olub və Azərbaycan Respublikasının Təhsil İnstitutunda fəaliyyət göstərib.

Aslan Quliyev ümumi təhsilinə Gəncə şəhər 18 saylı tam orta məktəbdə başlayıb, daha sonra isə Gəncə Özəl Türk liseyini fərqlənmə attestatı ilə bitirib. O, 2011-ci ildə Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimi” ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda ADPU-nun Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. 2017-2024-cü illərdə müxtəlif regionlarda, o cümlədən Gəncə və Bakı şəhərlərində yerləşən məktəb və liseylərdə pedaqoji fəaliyyətlə məşğul olub. 2021-2023-cü illərdə Xəzər Universiteti Dünya Məktəbinin Gəncə filialında tədris işləri üzrə koordinator, daha sonra icraçı direktor, 2023-cü ildə Avropa Azərbaycan Məktəbində tədris üzrə müdir müavini kimi çalışıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi