lider-media.az

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib

Baxış: 114 Tarix: 16-01-2025, 12:57

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında iştirak edib.NATO-nun üzv və tərəfdaş ölkələri ordularının baş qərargah rəislərinin iştirakı ilə keçirilən iclasda çıxış edən general-polkovnik K.Vəliyev ölkəmizin NATO ilə əməkdaşlığının inkişaf perspektivləri, Qətiyyətli Dəstək Missiyası və digər əməliyyatlarda fəaliyyəti, habelə Azərbaycan Ordusunun NATO-nun keçirdiyi müxtəlif təlim və tədbirlərdə əldə etdiyi təcrübədən danışıb.
Azərbaycanın Avro-Atlantik məkanında və onun hüdudlarından kənarda sülhə və təhlükəsizliyə daim töhfə verdiyini qeyd edən general-polkovnik K.Vəliyev, ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş tərəfdaş kimi beynəlxalq sülhə və təhlükəsizliyə daha çox töhfə vermək niyyətində olduğunu bildirib.
Səfər çərçivəsində Baş Qərargah rəisinin iclasda iştirak edən bəzi həmkarları ilə görüşləri planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi