lider-media.az

Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq müzakirə edilib

Baxış: 115 Tarix: 15-01-2025, 19:11

İqtisadiyyat Nazirliyində Asiya İnfrastruktur İnvestisiya Bankının baş investisiya direktoru ilə görüşdə infrastruktur, nəqliyyat və enerji layihələri üzrə tərəfdaşlıq imkanları müzakirə edilib.İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının baş investisiya direktoru Konstantin Limitovksi ilə görüşüb.

Görüşdə ölkəmizin Asiya İnfrastruktur İnvestisiya Bankı ilə fəal əməkdaşlıq etdiyi vurğulanıb. Bankın regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə dəstək olduğu və Azərbaycanda yaşıl enerjinin inkişafına töhfə verdiyi qeyd olunub. Bankın üzv ölkələrlə investisiya proqramlarının hazırlanmasında geniş təcrübəyə malik olduğu və əsasən infrastruktur, o cümlədən energetika, nəqliyyat, şəhərsalma, logistika, telekommunikasiya, ətraf mühit və digər sahələrin inkişafına dəstək olduğu bildirilib.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib və yeni istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi