lider-media.az

Milli Aviasiya Akademiyası “IELTS imtahanına təşviq” layihəsinə qoşulub

Baxış: 330 Tarix: 15-01-2025, 17:35

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə əməkdaşlığına dair görüş keçirilib.

Akademiyadan verilən məlumatda bildirilib ki, əvvəlcə dəyirmi masa arxasında keçirilən görüşdə rektorun köməkçisi dosent Gülnarə Əhmədova, akademik Arif Paşayevin diqqəti və qayğısı sayəsində təhsil ocağının sürətli inkişafından bəhs edib.

Tələbələrin iştirakı ilə geniş tərkibdə davam edən tədbirdə, birinci prorektor Ədalət Səmədov Milli Aviasiya Akademiyasının uğurları, fəaliyyətinin genişləndirilməsi məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib. Daha sonra Təhsilin İnkişafı Fondunun fəaliyyətini əks etdirən videoçarx izlənilib.

Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov təhsilin inkişafına yönəlmiş proqramlarından, o cümlədən “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələrinin önəmindən danışıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov IELTS proqramının tətbiqinin qlobal cəmiyyətin bir hissəsi olmaq üçün fürsət olduğunu bildirib.

Sonda “IELTS imtahanına təşviq layihəsi” çərçivəsində üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Tədbir iştirakçıları akademiyanın Təlim Mərkəzində uçuş simulyatorlarına baxış keçiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi