lider-media.az

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaingdən

Baxış: 52 Tarix: 15-01-2025, 16:57

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə



Zati-aliləri.

Ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfərin həlak olması və bir çox insanın yaralanması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itki ilə əlaqədar Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına, xüsusilə də həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Min Aung Hlaing

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi