lider-media.az

“Azərsun Holdinq” milli mətbuatın 150 illiyi münasibətilə təqvim dəsti nəşr etdirib - Fotolar

Tarix: Bu gün, 15:39

azersun-holdinq-milli-metbuatin-150-illiyi-munasibetile-teqvim-desti-nesr-etdirib

Artıq neçə ildir ki, təqvim layihəsini müxtəlif mövzularda dərc edən şirkətlər qrupu 2025-ci ildə milli mətbuatın 150 illiyini qeyd etmək məqsədi ilə builki layihəni mətbuat tarixinə həsr edib.

Hər söz bir iz, hər sətir bir irs!” başlığı altında çap olunan təqvim dəstinin hər ayı mətbuatımızın tarixində xüsusi yeri olan mətbu orqanlarından və onların redaktorlarından bəhs edir. “Əkinçi” ilə başlayan, “Molla Nəsrəddin”, “Şərqi Rus”, “Füyuzat”, “Kaspi”, “Dəbistan”, “Lək-lək”, “Hümmət” və “Açıq söz” ilə davam edən təqvim “Həyat” qəzeti ilə sonlanır.

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozalın təşəbbüsü ilə ərsəyə gələn layihə şirkətlər qrupunun mətbuata olan diqqət və həssaslığının göstəricisidir. Belə ki, təqvimin ön sözündə fikirləri qeyd olunan şirkət rəhbəri cəmiyyətin güclü, müstəqil bir xalqa çevrilməsində mətbuatın böyük rolu olduğunu vurğulayıb.Təqvim üçün həmçinin Mətbuat Şurasının sədri Rəşad Məcidin də rəyi alınıb. Sədr təqvim layihəsini yüksək qiymətləndirərək, il boyu vərəqlənəcəyini və bu vəsilə ilə də hər ay mətbuatımızın inkişafında xüsusi yeri və rolu olan görkəmli şəxsiyyətlərin daim xatırlanacağını qeyd edib.

Qeyd edək ki, “Azərsun Holdinq”in sosial layihələrindən olan təqvim layihəsi bundan əvvəl də 44 günlük müharibədəki qələbimizə, ümummilli lider Heydər Əliyevin 100 illiyinə, Azərbaycan Rəngkarlıq tarixinə, Azərbaycan ədəbiyyatına həsr olunub.











OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi