lider-media.az

Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

Tarix: Bu gün, 10:52

Yanvarın 14-də Azərbaycan Parlamenti Aparatının nümayəndə heyətinin Ankaraya səfəri başlayıb.Nümayəndə heyətinin üzvləri əvvəlcə Ankarada “Anıtkabir”i ziyarət ediblər, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla anaraq, abidə önünə gül dəstəsi qoyublar.

Sonra Milli Məclis Aparatının nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzunla görüşüb.Görüşdə iki qardaş ölkənin münasibətlərinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” prinsipi əsasında inkişafından söhbət açılıb.Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Milli Məclisdə aparılmış islahatlar və Aparatın fəaliyyət istiqamətləri barədə danışıb.

Söhbətdə iki ölkənin parlamentləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişin əhəmiyyəti qeyd edilib, həmin sənəddə parlament aparatları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin də yer aldığı diqqətə çatdırılıb, Azərbaycan və Türkiyə parlamentlərinin aparatları arasında əlaqələrin inkişafının qanunverici orqanların daha səmərəli əməkdaşlığının qurulmasına öz töhfəsini verəcəyinə inam ifadə olunub, aparatlar arasında əməkdaşlığın perspektivləri barədə danışılıb.

Sonra nümayəndə heyəti TBMM Katibliyinin beş şöbəsi ilə görüş keçirib. Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyəti qeyd edilib, məruzələr dinlənilib. Şöbə müdirləri öz şöbələrinin fəaliyyəti haqqında geniş təqdimatla çıxış ediblər.

Azərbaycan parlament nümayəndə heyətinin Ankaraya səfəri davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi