lider-media.az

Xocalıya növbəti köç - 117 nəfər...

Baxış: 24 Tarix: 14-01-2025, 13:05

Xocalıya növbəti köç - 117 nəfər...

Sabah Xocalı şəhərinə və Ballıca kəndinə növbəti dəfə köç olacaq.Yanvarın 15-də Xocalı şəhərinə və Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınacaq. Respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvvəqəti məskunlaşan Xocalıdan  olan ailələr növbəti dəfə doğma torpaqlarına köçürüləcək.

Sabah Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 18 ailə (92 nəfər) yola salınacaq. Onlar əsasən Bakı, Sumqayıt, Gəncə şəhərləri, eləcə də respublikanın müxtəlif rayonlarında müvvəqəti məskunlaşmış ailələrdir.Qeyd edək ki, indiyədək Xocalı şəhərinə 44 ailə, Ballıca kəndinə isə 48 ailə köçürülüb. Xatırladaq ki, Ballıca kəndinə sonuncu köç dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində olub. Həmin gün Ballıca kəndinə 21 ailə(119) nəfər köçürülüb.Qeyd edək ki, Xocalı rayonu 1992-ci il fevralın 26-sı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi